Ana Sayfa > Karusel / Kriminal > Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb

Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb


Bu gün, 12:19. Yazar: Admin

Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb

Ötən gün Gürcüstanın Marneuli rayonunda 10 yaşlı Eldar Hüseynovun ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı 19 yaşlı şəxs saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Faktla bağlı yol hərəkəti qaydalarının və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Qeyd edək ki, yol qəzası ötən gün axşam saatlarında Marneuli-Bolnisi avtomobil yolunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçən Eldar Hüseynovu vurub.

Eldar Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Geri dön