Ana Sayfa > Karusel / İqtisadiyyat > Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib

Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib


Bu gün, 11:04. Yazar: Admin

Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib

Dünya Bankı (DB) 2026-2027-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə Qarabaginfo.az Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2026-cı ildə 1 ton buğdanın qiyməti 253 ABŞ dolları təşkil edəcək. Bu, ötən ilin oktyabr ayında verilmiş proqnozla müqayisədə 5 ABŞ dolları azdır.

DB-nin proqnozuna əsasən, 2027-ci ildə 1 ton buğdanın qiyməti 260 ABŞ dolları olacaq ki, bu da oktyabrda verilən proqnoz göstəricidən 7 ABŞ dolları azdır.

Bankın proqnozuna əsasən, illik müqayisədə buğdanın qiyməti 2026-cı ildə 4% , 2027-ci ildə isə 2,8% artacaq.

Hesabata görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 243 ABŞ dolları olub.


Geri dön