Ana Sayfa > Karusel / Siyasət > Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub


Bu gün, 15:39. Yazar: Admin

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Pataradze

 

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Pataradze Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, Acarıstan Muxtar Respublikasının Ali Şurasının toplantısında onun namizədliyi səs çoxluğu ilə dəstəklənib.

İclasda hökumət üzvləri də təsdiqlənib.

Səsvermədən öncə Zurab Pataradze çıxış edərək fəaliyyət planını təqdim edib. O bildirib ki, Acarıstanda reallaşdırılmasına başlanılan bütün mühüm layihələr davam etdiriləcək.

Qeyd edək ki, Acarıstan MR-in sabiq hökumət başçısı Sulxan Tamazaşvili aprelin 21-də Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Zurab Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri olub. O, 2016-2018-ci illərdə Acarıstan MR-in hökumət başçısı vəzifəsini tutub. Gürcüstan hökuməti onun bu vəzifəyə namizədliyini aprelin 23-də təqdim edib.


Geri dön