Ana Sayfa > Karusel / Siyasət > Gürcüstan Almaniyaya daha bir nota verib

Gürcüstan Almaniyaya daha bir nota verib


Bu gün, 11:56. Yazar: Admin

Gürcüstan Almaniyaya daha bir nota verib

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Almaniyanın xarici siyasət idarəsinə daha bir nota təqdim edib.

Qarabaginfo.az xəbər verir ki, yazılı notada Almaniya XİN-nin rəsmi saytında Gürcüstanla bağlı məlumatların yenilənməsi ilə bağlı xahiş yer alıb.

Qeyd edək ki, bundan öncə Gürcüstan XİN rəsmi Berlinə eyni xahişin yer aldığı şifahi nota verib.

Xatırladaq ki, Almaniya XİN-nin rəsmi saytında Gürcüstanla bağlı məlumatda ölkə prezidentinin Salome Zurabişvili, xarici işlər nazirinin isə İlya Darçiaşvili olduğu göstərilib.


Geri dön