Ana Sayfa > Karusel / Dünya > Aparıcının parodiyası Melani Trampı hövsələdən çıxardı –"Bəsdir! İyrənc, qorxaq"

Aparıcının parodiyası Melani Trampı hövsələdən çıxardı –"Bəsdir! İyrənc, qorxaq"


Bu gün, 19:52. Yazar: Admin

 

ABŞ-da populyar “Jimmy Kimmel Live” verilişinin aparıcısı Cimmi Kimmel ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya haqqında zarafatına görə tənqid atəşinə tutulub.

Qarabaginfo.az  bildirir ki, Kimmel şənbə günü baş tutan Ağ Ev müxbirlərinin şam yeməyində baş vermiş silahlı hucumu parodiya edib. Skeç zamanı Kimmel zarafatla Melaniyanın Trampın həyatına üçüncü sui-qəsd cəhdindən əvvəl “hamilə qalan dul qadın kimi parıldadığını” söyləyib.

“Birinci xanımımız Melaniya buradadır. Melaniyaya baxın, çox gözəldir. Xanım Tramp, hamilə dul qadın kimi parıldayırsınız”, – deyə Kimmel zarafat etməyə çalışıb. Bundan sonra gecə tok-şousunun aparıcısı internetdə sərt tənqid olunub, sosial media istifadəçiləri Kimmeli “rəzil” və “zibil” və “iyrənc” adlandırıblar.

Trampın həyat yoldaşı Melaniya Tramp sosial şəbəkədə Kimmerin bu hərəkətinə sərt etirazını bildirib.

“Kimmelin nifrət dolu və qəddar ritorikası ölkəmizi bölmək üçün nəzərdə tutulub. Onun ailəm haqqında monoloqu komediya deyil. Amerikadakı siyasi vəziyyəti daha da ağırlaşdırır. Kimmel kimi insanlar hər gecə evlərimizə gəlib nifrət yaymamalıdırlar”.

Melaniya Tramp aparıcını “qorxaq” adlandırıb:  “Qorxaq Kimmel ABC-nin arxasında gizlənir, çünki bilir ki, şəbəkə onu qorumaq üçün onu gizlətməyə davam edəcək. Bəsdir! ABC-nin mövqe tutmasının vaxtıdır. ABC rəhbərliyi Kimmelin qəddar davranışına neçə dəfə icazə verəcək?”

 


Geri dön