“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının 2026-cı ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib.
Qarabaginfo.az xəbər verir ki, iclasda “Bakı Metropoliteni” QSC-nin cari fəaliyyəti, icra olunan layihələrin vəziyyəti və əsas əməliyyat göstəriciləri müzakirə olunub. Sərnişin daşımalarının təşkili, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumatlar təqdim edilib.
Müşahidə Şurası tərəfindən qarşıdakı dövr üçün prioritet vəzifələr müəyyənləşdirilib, strateji hədəflərə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.