Ana Sayfa > Karusel / Dünya > AEBA: Zaporojye AES-in yaxınlığındakı binaya dron zərbəsi endirilib, ölən var

AEBA: Zaporojye AES-in yaxınlığındakı binaya dron zərbəsi endirilib, ölən var


Bu gün, 16:49. Yazar: Admin

AEBA: Zaporojye AES-in yaxınlığındakı binaya dron zərbəsi endirilib, ölən var

Bu səhər Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən nəqliyyat emalatxanasına dron zərbəsi endirilib, nəticədə sürücü həlak olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.

“Atom elektrik stansiyalarına və ya onların yaxınlığına zərbələr nüvə təhlükəsizliyini təhdid edə bilər. Belə hallar baş verməməlidir”, – AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

Agentliyin “X” sosial şəbəkəsində yayılan məlumata görə, stansiyada daimi fəaliyyət göstərən komanda hadisəni araşdıracaq və vəziyyəti izləməyə davam edəcək.


Geri dön