Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları əhəmiyyətli dərəcədə azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları əhəmiyyətli dərəcədə azalıb


22-01-2021, 10:43. Yazar: Admin

 

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları əhəmiyyətli dərəcədə azalıb

 

Ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 111,5 mln. ton yük daşınıb ki, bu da illik müqayisədə 28,2% azdır.

Dövlət Statistika Komitəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə 1 100,2 mln. sərnişin daşınıb, bu isə 39,3%-lik azalma deməkdir.

"Sərnişinlərin 95,9%-i avtobus, 4,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib", - məlumatda qeyd edilir.

Məlumata görə, hesabat ilində yük dövriyyəsi 49,8%, sərnişin dövriyyəsi isə 34,6% azalıb

 


Geri dön