Ana Sayfa > Karusel / Sosial > Dövlət Agentliyi: Texniki normativlərin təkmilləşdirilməsi müəyyən prinsiplər üzərində qurulmalıdır

Dövlət Agentliyi: Texniki normativlərin təkmilləşdirilməsi müəyyən prinsiplər üzərində qurulmalıdır


Bu gün, 10:57. Yazar: Admin

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov

 

Mövcud praktika onu göstərir ki, bəzi normativ tələblər real iş şəraiti və istehsalat proseslərindən geri qalır.

Qarabaginfo.az xəbər verir ki, bunu Texniki Normativlərin Təkmilləşdirilməsi üzrə dəyirmi masada Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov bildirib.

Onun sözlərinə görə, qeyd olunan şərait bəzi normativ tələblərin tətbiqini formal xarakterə salır və tətbiqi zamanı onların təmin olunması baxımından gözlənilən nəticə vermir.

İsmayıl Nəsirov onu da qeyd edib ki, mövcud qaydalar bəzi hallarda yeni texnologiyaları əhatə etmir.

"Risk əsaslı yanaşma yetərincə tətbiq olunmur, bütün obyektlərə eyni yanaşma tətbiq olunur. Halbuki, risk səviyyəsi fərqlidir. İcra və nəzarət mexanizmlərində boşluqlar var. Normativ var, amma tətbiqi zəifdir. Bu məsələ yalnız nəzarət problemi deyil, real təhlükə yaradır. Məhz buna görə də texniki normativlərin təkmilləşdirilməsi müəyyən prinsiplər üzərində qurulmalıdır", - İsmayıl Nəsirov vurğulayıb.

Onun sözlərinə görə, risk əsaslı yanaşma tətbiq olunmalıdır.

"Yüksək riskli obyektlərə daha sərt, aşağı riskli obyektlərə isə sadələşdirilmiş tələblər əsasında nəzarət həyata keçirilməlidir. Bundan başqa, beynəlxalq standartlara inteqrasiya təmin olunmalı və ya gücləndirilməlidir. Üçüncüsü, normativlər canlı mexanizmə çevrilməlidir. Onlar statik deyil, mütəmadi yenilənən sistem olmalıdır. Normativ yalnız yazılmamalıdır, o tətbiq olunmalı və nəticə verməlidir", - İsmayıl Nəsirov qeyd edib.


Geri dön