Ana Sayfa > Karusel / Dünya > Kolumbiyada terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb, 40-a yaxın yaralı var

Kolumbiyada terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb, 40-a yaxın yaralı var


Dünən, 23:53. Yazar: Admin

Kolumbiyada terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb, 40-a yaxın yaralı var - YENİLƏNİB

Kolumbiyanın Kauka departamentində Panamerika magistral yolunda baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə yüksəlib, 36 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərin 15-i qadın, 5-i isə kişidir və hamısı mülki şəxslərdir.

Partlayış nəticəsində yolda təxminən 200 kubmetr həcmində krater yaranıb. Hadisə ilə əlaqədar bölgədə üç günlük matəm elan olunub.


Geri dön