Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran XİN başçısı Omana səfərdən sonra yenidən İslamabada qayıdıb 
Ana Sayfa > Karusel / Siyasət > İran XİN başçısı Omana səfərdən sonra yenidən İslamabada qayıdıb 

İran XİN başçısı Omana səfərdən sonra yenidən İslamabada qayıdıb 


Bu gün, 19:41. Yazar: Admin

İran XİN başçısı Omana səfərdən sonra yenidən İslamabada qayıdıb - YENİLƏNİB

İran xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə görüşüb.

Bu barədə İRNA məlumat yayıb.

 

“Geo.tv” xəbər verir ki, Pakistana səfərdən sonra Maskatda Oman Sultanı Heysəm bin Tariq ilə görüşən Abbas Əraqçi yenidən İslamabada qayıdıb.

Abbas Əraqçinin iki gün ərzində Pakistana ikinci səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Abbas Əraqçnin Omandan sonra Rusiyaya səfər edəcəyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ-İran danışıqlarının birinci raundu aprelin 12-də İslamabadda keçirilib. Hazırda Pakistan rəsmiləri ABŞ-İran danışıqlarının ikinci raundunun təşkilinə çalışır.

 


Geri dön