Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fövqəladə hallarla bağlı davranış qaydalarına dair silsilə tədbirlər keçirilib
Ana Sayfa > Karusel / Gündəm > Fövqəladə hallarla bağlı davranış qaydalarına dair silsilə tədbirlər keçirilib

Fövqəladə hallarla bağlı davranış qaydalarına dair silsilə tədbirlər keçirilib


Bu gün, 12:21. Yazar: Admin

Fövqəladə hallarla bağlı davranış qaydalarına dair silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Yasamal rayonu Elmi-Təhqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Sabunçu rayonu Bakı Gənclər Mərkəzində, Xətai rayonu Mərkəzi Neftçilər Xəstəxanasında, 287 nömrəli “Zəkalar” liseyində və 63 nömrəli tam orta məktəbində, Sumqayıt RM tərəfindən Xırdalan Tibb Mərkəzində, Xızı rayonu Altıağac qəsəbə tam orta ümumtəhsil məktəbində və Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbində, Cənub RM tərəfindən Lənkəran rayonu Ballabur kənd tam orta məktəbində, Aran RM tərəfindən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Aran qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Zərdab şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə RM tərəfindən Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbində, Muğan RM tərəfindən Neftçala şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində, Qarabağ RM tərəfindən Bərdə rayonu Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta ümumtəhsil məktəbində, Şimal-qərb RM tərəfindən Ağsu rayonu İ.Rüstəmov adına Çaparlı kənd tam orta ümumtəhsil məktəbində, və Şimal RM tərəfindən Siyəzən rayonu, Böyük Həmyə kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Geri dön