Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda ağır qəza - “Sprinter” “Shacman”la toqquşdu
Ana Sayfa > Karusel / Hadisə > Bakıda ağır qəza - “Sprinter” “Shacman”la toqquşdu

Bakıda ağır qəza - “Sprinter” “Shacman”la toqquşdu


Bu gün, 12:20. Yazar: Admin

bakida-agir-qeza

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qarabaginfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Sprinter” və “Shacman” markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlicavad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Geri dön