Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran XİN başçısı Oman Sultanı ilə görüşüb, regiondakı vəziyyət müzakirə edilib
Ana Sayfa > Karusel / Siyasət > İran XİN başçısı Oman Sultanı ilə görüşüb, regiondakı vəziyyət müzakirə edilib

İran XİN başçısı Oman Sultanı ilə görüşüb, regiondakı vəziyyət müzakirə edilib


Bu gün, 11:45. Yazar: Admin

Abbas Əraqçi, İran xarici işlər naziri

 

Bu gün İran xarici işlər naziri Abbas Əraqçi Oman Sultanı Heysəm bin Tariq ilə görüşüb, regiondakı son vəziyyət müzakirə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı regiondakı son vəziyyət, vasitəçilik səyləri və münaqişələrin dayandırılmasına yönəlmiş təşəbbüslər ətrafında müzakirələr aparılıb. Bu çərçivədə Oman Sultanı İran tərəfinin mövcud proseslərlə bağlı mövqeyi ilə tanış olub.

Abbas Əraqçi xüsusilə regionda mövcud çətinliklər fonunda dialoqun dəstəklənməsi və təhlükəsizliklə sabitliyin möhkəmləndirilməsi istiqamətində Oman Sultanlığının mövqeyinə görə İranın minnətdarlığını ifadə edib.

Qeyd edək ki, bundan öncə Abbas Əraqçi Pakistana səfər edib.


Geri dön