Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiyanın daha bir böyük neft emalı zavoduna zərbə endirib

Ukrayna Rusiyanın daha bir böyük neft emalı zavoduna zərbə endirib


Bu gün, 10:37. Yazar: Admin

Ukrayna Rusiyanın daha bir böyük neft emalı zavoduna zərbə endirib

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın daha bir böyük neft emalı zavoduna zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edilib ki, aprelin 26-na keçən gecə Yaroslavda yerləşən “Slavneft-YANOS” neft emalı zavoduna hücum edilib. Hücum yerli vaxtla saat 00:40-da başlayıb. Sakinlər ən azı 15 güclü partlayış qeydə aldıqlarını bildiriblər, zərbə dalğası nəticəsində evlərin şüşələri titrəyib, avtomobil siqnalları işə düşüb. Zərbələrdən sonra zavod ərazisində yanğın baş verib.

Hücumdan əvvəl regionda “pilotsuz uçuş aparatları təhlükəsi” elan olunub. Yaroslav hava limanı müvəqqəti olaraq uçuşların qəbulunu və göndərilməsini dayandırıb.

“Slavneft-YANOS” Rusiyanın şimalında ən böyük neft emalı zavodudur və onun illik gücü təxminən 15 milyon ton neft təşkil edir. Müəssisə benzin, dizel yanacağı və aviasiya kerosini istehsal edir.


Geri dön