Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya Ukraynanın Dnepr şəhərini yenidən atəşə tutub
Ana Sayfa > Karusel / Dünya > Rusiya Ukraynanın Dnepr şəhərini yenidən atəşə tutub

Rusiya Ukraynanın Dnepr şəhərini yenidən atəşə tutub


25-04-2026, 13:56. Yazar: Admin

Rusiya Ukraynanın Dnepr şəhərini yenidən atəşə tutub

Rusiya qüvvələri gecə həyata keçirilən kütləvi hücumdan bir neçə saat sonra Ukraynanın Dnepr şəhərini yenidən atəşə tutub və çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

Unian-ın məlumatına görə, Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Aleksandr Qanja Telegram kanalında bildirib ki, hücum nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Yaralılara tibbi yardım göstərilir.

Rəsmi məlumatlara görə, zərbə gecə də hədəf alınmış eyni yaşayış məhəlləsinə düşüb və ərazidə əlavə dağıntılar qeydə alınıb.


Geri dön