ABŞ Prezidenti Donald Tramp administrasiyanın idxal rüsumları hesabına toplanmış 159 milyard dolları geri qaytarmalı olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.
Tramp qeyd edib ki, ABŞ-dan illərlə faydalanan şirkət və şəxslər bu məbləği geri ödəməlidirlər və bunu Ali Məhkəmənin rüsumlarla bağlı qərarı ilə əlaqələndirib.
Prezident bu qərarı “uğursuz və absurd” adlandırıb.
Xatırladaq ki, Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ təkcə gömrük rüsumları hesabına 2025-ci ildə trilyonlarla dollar gəlir əldə edə bilər.