Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz
Ana Sayfa > Karusel / Dünya > İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz

İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz


24-04-2026, 22:48. Yazar: Admin

İspaniya MN: NATO bizim iştirakımız olmadan effektiv fəaliyyət göstərə bilməz

NATO İspaniyanın iştirakı olmadan öz funksiyalarını tam yerinə yetirə bilməz.

Qarabaginfo.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles "X" hesabında yazıb.

Nazirin sözlərinə görə, İspaniya NATO-nun şərq cinahında aktiv iştirak edir, quruda, dənizdə və havada müxtəlif əməliyyatlarda təmsil olunur.

O qeyd edib ki, ölkəsi alyans qarşısında bütün öhdəliklərini yerinə yetirir və bu istiqamətdə etibarlı tərəfdaşdır.

Robles əlavə edib ki, İspaniyanın NATO-ya sadiqliyi şübhə altına alına bilməz və ölkə təhlükəsizlik məsələlərində fəal rol oynamağa davam edəcək.

 


Geri dön