Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib
Ana Sayfa > Karusel / Siyasət > Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib

Von der Leyen: Aİ İrana qarşı müharibəyə görə 25 milyard avro itirib


Bu gün, 19:41. Yazar: Admin

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

 

Avropa İttifaqı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində enerji resurslarının qiymətlərinin artması səbəbiilə 25 milyard avro itki ilə üzləşib.

Qarabaginfo.az xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Avropa Komissiyasının rəhbəri Aİ-nin ciddi iqtisadi itkilərini Yaxın Şərqdə qarşıdurmanın əsas ticarət marşrutlarına və regiona enerji tədarükünə təsiri ilə əlaqələndirib.

“Münaqişənin başlamasından ötən 54 gün ərzində karbohidrogen resurslarının alınmasına çəkdiyimiz xərclər 25 milyard avro artıb, halbuki biz əvvəlkindən bir molekul belə artıq almamışıq. Buna görə də alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməliyik”, – o qeyd edib.


Geri dön