Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan ötən ilin yanvar-noyabrında 7,7 mlrd. dollarlıq neft ixrac edib

Azərbaycan ötən ilin yanvar-noyabrında 7,7 mlrd. dollarlıq neft ixrac edib


21-01-2021, 12:52. Yazar: Admin

Azərbaycan ötən ilin yanvar-noyabrında 7,7 mlrd. dollarlıq neft ixrac edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 26 043,5 min ton neft ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.

Qarabaqinfo.az-in  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 7,7 mlrd. ABŞ dollarından çox təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 41,3% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.


Geri dön