Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İTV-yə baş direktor vəzifəsinə namizədlərin sənəd qə   bulu BAŞLADI
Ana Sayfa > Karusel / Multimedia > İTV-yə baş direktor vəzifəsinə namizədlərin sənəd qə   bulu BAŞLADI

İTV-yə baş direktor vəzifəsinə namizədlərin sənəd qə   bulu BAŞLADI


Dünən, 20:21. Yazar: Admin

İTV-yə baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu BAŞLADI

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.

Bu barədə Qarabaginfo.az-a Şuradan məlumat verilib.

Namizədə dair tələblər:

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənil­məmiş şəxs namizəd ola bilməz.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz.
Təqdim olunmalı sənədlər:

Ərizə
Şəxsiyyət vəsiqəsinin surəti
Əmək kitabçasının surəti
Kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə)
Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti
Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.

Sənədlərin qəbulu üzrə məsul şəxs:

Kamran Əliyev (Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi)


Geri dön