Ana Sayfa > Karusel / Kriminal > Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb

Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb


23-04-2026, 15:43. Yazar: Admin

Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.

Qarabaginfo.az-ın xəbərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, vəzifəlilər saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Geri dön