Ana Sayfa > Karusel / İqtisadiyyat > Slovakiya Prezidenti Ukraynanın “Drujba” kəməri ilə neft nəqlini bərpa etməsini alqışlayıb

Slovakiya Prezidenti Ukraynanın “Drujba” kəməri ilə neft nəqlini bərpa etməsini alqışlayıb


Bu gün, 14:47. Yazar: Admin

Новый президент Словакии Петер Пеллегрини. Биография - Тема дня - Rádio RSI Русский - STVR

Slovakiya Prezidenti Peter Pelleqrini Ukraynanın “Drujba” kəməri ilə ölkəsinə və Macarıstana neft nəqlini bərpa etməsini alqışlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, Pelleqrini bu barədə “X” səhifəsində yazıb.

O bildirib ki, mövcud geosiyasi şəraitdə enerji qiymətlərinin sürətlə artması fonunda bu addım mühüm əhəmiyyət daşıyır.

“Drujba” boru kəməri vasitəsilə neft nəqli yanacaq qiymətlərinin sabitləşməsinə və hər iki ölkədə neft emalı zavodları üçün alternativ təchizat imkanlarının genişlənməsinə kömək edəcək”, - Pelleqrini qeyd edib.


Geri dön