Ana Sayfa > Karusel / Region > Rusiya Litvanı Kalininqrad yaxınlığında gərginlik ocağı yaratmaqda ittiham edib

Rusiya Litvanı Kalininqrad yaxınlığında gərginlik ocağı yaratmaqda ittiham edib


Bu gün, 14:00. Yazar: Admin

Rusiya Litvanı Kalininqrad yaxınlığında gərginlik ocağı yaratmaqda ittiham edib

Litva rəhbərliyi Kalininqrad vilayətinin sərhədləri yaxınlığında gərginlik yaradır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasından bildirilib.

Təhlükəsizlik Şurası Litva hakimiyyətinin ölkədəki iqtisadi və sosial problemləri görməzdən gəldiyini və respublikanın hərbiləşdirilməsi kursunu davam etdirdiyini vurğulayıb.

Rusiya TŞ 2030-cu ildə tam əməliyyat hazırlığına çatması planlaşdırılan 1-ci Litva Diviziyasının yaradılmasına diqqət çəkib, eyni zamanda, qeyd edilib ki, həmin vaxta qədər diviziyanın tərkibinə 20 min əsgər daxil olmalıdır.


Geri dön