Ana Sayfa > Karusel / Region > Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq

Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq


Bu gün, 13:36. Yazar: Admin

Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqda qərar mövcud vəziyyətdən asılı olaraq qəbul ediləcək.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə bildirib.

“Sonda biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağıq, ya yox — bu artıq başqa məsələdir, bunu deyə bilmərəm. Buna görə də qərarı mövcud vəziyyətdən çıxış edərək verəcəyik”, - Baş nazir qeyd edib.


Geri dön