Ana Sayfa > Karusel / Sosial > Qəza baş vermiş 175 nömrəli marşruta “BakuBus” avtobusları buraxılacaq
Qəza baş vermiş 175 nömrəli marşruta “BakuBus” avtobusları buraxılacaq8-01-2018, 14:36. Yazar: Admin |
Yanavrın 13-dən etibarən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək. "Qarabaginfo" xəbər verir ki, bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
M.Ağayev deyib ki, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir:
Onu da deyim ki, 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq”. Qeyd edək ki, yanvarın 6-da Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda bildirilir ki, sözügedən hadisəni törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Geri dön |