Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb

TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb


Bu gün, 12:48. Yazar: Admin

 

TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb

Bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur. Bildiririk ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur: "Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir".


Geri dön