Ana Sayfa > Karusel / Dünya > Lvovda atəş səsləri eşidilib, polis xüsusi əməliyyat keçirib

Lvovda atəş səsləri eşidilib, polis xüsusi əməliyyat keçirib


Bu gün, 12:04. Yazar: Admin

Lvovda atəş səsləri eşidilib, polis xüsusi əməliyyat keçirib

Ukraynanın Lvov şəhərində atəş səsləri eşidilib, polis xüsusi əməliyyat keçirib.

Ukrayna polisinin sözçüsü Yulia Hirdvilis "RBC-Ukraine"ya açıqlamasında bildirib ki, bu gün şəhərdə çoxmərtəbəli binalardan birində atışma baş verib.

Məlumata görə, hadisə yerinə polis xüsusi təyinatlı qüvvələri cəlb olunub, atəş açan şəxs saxlanılıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur, ərazidə istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.


Geri dön