“Prezidenti Donald Tramp İranla danışıqlarda qırmızı xətlərini açıq şəkildə göstərərək zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib və indi Tehranın cavabını gözləyir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a müsahibəsi zamanı deyib.
"İran heç vaxt ABŞ-ı və müttəfiqlərimizi təhdid etmək üçün nüvə bombası əldə edə bilməyəcək və onlar sahib olduqları zənginləşdirilmiş uranı təhvil verməlidirlər. Əməliyyatın uğuruna görə, prezident üçün bu zənginləşdirilmiş uranı təhvil vermələri vacibdir. O, bunu açıq şəkildə bildirib və indi biz İran hökumətinin cavabını gözləyirik", - Livitt deyib.