Ana Sayfa > Karusel / Siyasət > Türkiyədə parlament 15 yaşdan kiçik şəxslərin sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib

Türkiyədə parlament 15 yaşdan kiçik şəxslərin sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib


Bu gün, 08:17. Yazar: Admin

Türkiyədə parlament 15 yaşdan kiçik şəxslərin sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib

15 yaşdan kiçik şəxslər üçün sosial media qadağasını özündə ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, buna uyğun olaraq, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcəklər.

Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən "nəşrdən məzmunun çıxarılması və girişin bloklanması" ilə bağlı müddəa dəyişdirilib.

Bu düzəlişə əsasən, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcək və bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə borclu olacaqlar.


Geri dön