Ana Sayfa > Karusel / Siyasət > Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib


Dünən, 22:35. Yazar: Admin

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - VİDEO - YENİLƏNİB

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.

Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.


Geri dön