Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan Ştaynmayerlə regional və qlobal hadisələri müzakirə edib

Ərdoğan Ştaynmayerlə regional və qlobal hadisələri müzakirə edib


Dünən, 22:19. Yazar: Admin

Ərdoğan Ştaynmayerlə regional və qlobal hadisələri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer ilə telefonla danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal hadisələri müzakirə ediblər.

Ərdoğan danışıq zamanı, Türkiyə və Almaniya arasında münasibətlərin son dövrdə baş tutan yüksək səviyyəli təmaslar sayəsində müsbət dinamika qazandığını bildirib.

O qeyd edib ki, regiondakı müharibə artıq Avropanı da zəiflətməyə başlayır və əgər bu prosesə sülh yönümlü yanaşma ilə müdaxilə olunmazsa, münaqişənin vuracağı zərər daha da böyük olacaq.

Prezident Ərdoğan əlavə edib ki, Türkiyə, İran məsələsində olduğu kimi, Ukrayna-Rusiya müharibəsində də münaqişələrin danışıqlar yolu ilə sona çatdırılması və davamlı sülhə nail olunması üçün səylərini davam etdirir.


Geri dön