Ana Sayfa > Karusel / Mədəniyyət > Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib

Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib


Bu gün, 17:42. Yazar: Admin

“Qarabağ qan içində” kitabının müəllifi rusiyalı yazıçı, tarixçi alim, akademik Yuri Pompeyev

 

“Qarabağ qan içində” (“Кровавый омут Карабаха”) kitabının müəllifi rusiyalı yazıçı, tarixçi alim, akademik Yuri Pompeyev vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, tanınmış yazıçı bu gün səhər 88 yaşında Sankt-Peterburqda vəfat edib.

Pombeyev Birinci Qarabağ müharibəsi dövründə erməni vəhşilikləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstərib. Belə ki, yazıçı 1992-ci ildə Xocalı soyqırımı törədiləndən 6 ay sonra erməni vəhşiliyini Rusiya auditoriyasına çatdırmaq üçün Sankt-Peterburq şəhərində "Qarabağ qan içində" kitabını təqdim edərək sərgi keçirib.

Tarixçi alim dəfələrlə müsahibələrində "Nə qədər ki, Xocalını törədənlər azadlıqdadır, erməni nasist ideologiyası məhv olmayacaq" fikrini səsləndirib.

Yazıçının Qarabağ hadisələrinə həsr olunan "Məşəqqətli günlər" (“Юдольные дни”) kitabı isə 1993-cü ildə çap olunub./Apa


Geri dön