Ana Sayfa > Karusel / Region > Məhkəmə Serj Sarkisyanın qardaşı qızının əmlakını müsadirə edib

Məhkəmə Serj Sarkisyanın qardaşı qızının əmlakını müsadirə edib


Bu gün, 16:59. Yazar: Admin

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan

 

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı qızına məxsus “Areni HES” şirkətinin 39 341 səhmi (dəyəri 1.74 milyon ABŞ dolları), 864 min ABŞ dolları, təxminən 13 milyon dram və təxminən 5 min avro dövlətin xeyrinə müsadirə olunacaq.

Ermənistan mediasının xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Antikorrupsiya Məhkəməsi bu gün Serj Sarkisyanın qardaşı qızının qanunsuz mənşəli əmlakının müsadirəsi ilə bağlı prokurorluğun iddiasını qismən təmin edib.


Geri dön