Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rəsmi Pekin Trampın Çindən İrana göndərilən “hədiyyə”nin ələ keçdiyinə dair iddialarını təkzib edib
Ana Sayfa > Karusel / Dünya > Rəsmi Pekin Trampın Çindən İrana göndərilən “hədiyyə”nin ələ keçdiyinə dair iddialarını təkzib edib

Rəsmi Pekin Trampın Çindən İrana göndərilən “hədiyyə”nin ələ keçdiyinə dair iddialarını təkzib edib


22-04-2026, 16:18. Yazar: Admin

Çinin xarici işlər nazirliyinin sözçüsü Quo Jiakun

 

Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın İran bayrağı altında üzən və ABŞ hərbçiləri tərəfindən saxlanılan gəminin Çindən “hədiyyə” daşıması haqda iddialarını təkzib edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun jurnalistlərə bildirib.

“Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Bir daha vurğulamaq istəyirəm ki, Çin məsuliyyətli böyük dövlət kimi beynəlxalq öhdəliklərini yerinə yetirməkdə həmişə nümunə olub”, - o vurğulayıb.

Qeyd edək ki, Tramp ötən gün “Touska” adlı yük gəmisinin Çindən “hədiyyə” daşıdığını bildirərək Pekini razılaşmalara əməl etməməkdə ittiham edib.


Geri dön