Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib


Bu gün, 14:47. Yazar: Admin

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.

Qarabaginfo.az xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Əziz qonaqlar.

Bir daha xoş gəlmisiniz. Cənab Prezidentlə müxtəlif məsələlər ətrafında əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdiririk. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür, o cümlədən Hökumətlərarası Komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bu gün keçiriləcək biznes-forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək.

Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.

Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və həmin müzakirəni cənab Prezidentlə davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək, ikitərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər. Mən dəvətimi qəbul etdiyinə görə cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə də Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmisiniz.


Geri dön