Ana Sayfa > Karusel / Siyasət > Bitərəf deputatların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib
Bitərəf deputatların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşibBu gün, 14:13. Yazar: Admin |
![]() Milli Məclisində heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib. Qarabaginfo.az-ın xəbərinə görə, bitərəflərin MSK-dakı üzvləri dəyişməyəcək. Beləliklə, bitərəfərin MSK üzvlüyünə namizədləri Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı olacaq. Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır. Geri dön |