Ana Sayfa > Karusel / Region > İrandan yola düşən yük gəmisinə atəş açılıb

İrandan yola düşən yük gəmisinə atəş açılıb


22-04-2026, 13:58. Yazar: Admin

İrandan yola düşən yük gəmisinə atəş açılıb

ABŞ-ın İran limanlarına qarşı blokadasının davam etdiyi vaxtda bu gün İrandan yola düşən yük gəmisinə atəş açılıb, gəmi hərəkətini dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini – UKMTO məlumat yayıb.

"Heyət üzvlərindən xəsarət alan yoxdur. Gəmidə hər hansı zərərin olduğu barədə məlumat yoxdur”, — məlumatda bildirilib.

Agentlikdən qeyd ediblər ki, insident İran sahillərindən təxminən 8 dəniz mili məsafədə baş verib.

Dünəndən etibarən Hörmüz boğazında daha üç gəminin atəşə tutulduğu bildirilir.


Geri dön