
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda səfərdədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında bildirib.
“Rəsmi səfərə başlamaq üçün Bakıya yenicə gəldim. Prezident İlham Əliyevlə görüşməyi, ikitərəfli münasibətləri daha da möhkəmləndirməyi, həmçinin regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə etməyi səbirsizliklə gözləyirəm.
Latviya və Azərbaycan yaxşı dost və strateji tərəfdaşlardır”,-deyə Latviya Prezidenti qeyd edib.