Ana Sayfa > Karusel / Siyasət > “İranın görüşdə iştirakı hələlik təsdiqlənməyib”

“İranın görüşdə iştirakı hələlik təsdiqlənməyib”


Dünən, 20:51. Yazar: Admin

iranin-gorusde-istiraki-helelik-tesdiqlenmeyib

 

Pakistanın informasiya və yayım naziri Attaullah Tarar ABŞ və İran arasında planlaşdırılan danışıqların ikinci mərhələsi ilə bağlı açıqlama verib.

Qarabaginfo.az xəbər verir ki, nazir sosial media hesabında İran tərəfinin İslamabaddakı görüşdə iştirakını hələlik təsdiqləmədiyini bildirib.

Tarar qeyd edib ki, Pakistan hökuməti Tehranı sülh danışıqlarına cəlb etmək üçün səmimi və intensiv səylər göstərir, lakin hələ də qarşı tərəfdən cavab gözlənilir.

Qeyd edək ki, bundan öncə “Reuters” agentliyinin mənbələrinə istinadən yaydığı məlumata görə, danışıqların ikinci mərhələsi baş tutacağı təqdirdə masada İranın zənginləşdirilmiş uran ehtiyatları və strateji əhəmiyyətli Hörmüz boğazının statusu əsas mövzu olacaq. Məlumatda bildirilir ki, İranın raket proqramı ilə bağlı müzakirələr bu dəfə ikinci plana keçəcək.

Xatırladaq ki, tərəflər arasında Pakistanın vasitəçiliyi ilə ilk görüş aprelin 11-də keçirilib. Həmin vaxt sanksiyaların ləğvi, hərbi əməliyyatların dayandırılması və nüvə proqramı müzakirə edilsə də, ciddi irəliləyiş əldə olunmayıb.


Geri dön