Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir
Ana Sayfa > Karusel / Sosial > Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir


Dünən, 20:15. Yazar: Admin

metrodaki-hadisede-2-qadin-xestexanaliq-olub

Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub. 

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.


Geri dön