Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 36,5%-i bərpaolunan enerji mənbələrinin payına düşüb.
Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 23,5 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.
Məlumata görə, elektrik enerjisinin 15,9 milyon kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.
“Külək və günəş enerjisi birlikdə ümumi elektrik enerjisi istehsalının 12 faizini təşkil edib”, - məlumatda qeyd olunub.