Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda mənzillər 8 faiz bahalaşıb

Azərbaycanda mənzillər 8 faiz bahalaşıb


Bu gün, 12:08. Yazar: Admin

 

Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.

Qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.

Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb.


Geri dön