Ana Sayfa > Karusel / Sosial > Şəhidin atası vəfat etdi - Foto

Şəhidin atası vəfat etdi - Foto


Bu gün, 11:56. Yazar: Admin

sehidin-atasi-vefat-etdi

Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi xidmət edib. 2020-ci il oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub.

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

 


Geri dön