Ana Sayfa > Karusel / İqtisadiyyat > ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib


Bu gün, 11:06. Yazar: Admin

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində növbəti addım atılıb.

Qarabaginfo.az xəbər verir ki, Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən Biləcəri–Yalama dəmir yolu sahəsinin elektrikləşdirilməsi, siqnallaşdırılması və telekommunikasiya sistemlərinin yenilənməsi layihəsi üzrə beynəlxalq tender elan edilib.

Tender layihələndirmə və tikinti işlərini əhatə edir. Təkliflərin təqdim olunması üçün son tarix 29 may 2026-cı il müəyyən edilib.

Layihənin sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC-dir. Tender ADB-nin “bir mərhələli, iki zərfli” proseduru ilə keçiriləcək və bankın üzv ölkələrindən olan şirkətlər iştirak edə biləcək.

Layihə 192 km uzunluğunda iki xətli Biləcəri–Yalama sahəsini və 15 stansiyanı əhatə edir. Köhnəlmiş sistemlərin beynəlxalq standartlara uyğun yenilənməsi nəzərdə tutulur. Layihənin icra müddəti 42 ay təşkil edəcək.

Qeyd edək ki, bu layihə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yük daşımalarının səmərəliliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Layihənin icrası nəticəsində dəmir yolu xəttində təhlükəsizlik, sürət və əməliyyat effektivliyinin yüksəlməsi gözlənilir.


Geri dön