Ana Sayfa > Karusel / Dünya > Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır

Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır


Bu gün, 10:42. Yazar: Admin

Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır

Rusiya ordusu bu gecə Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Hücum nəticəsində yaşayış məhəllələri və xəstəxana zərər görüb, üçü uşaq olmaqla, 15 nəfər yaralanıb.

“Yaralananlar arasında 13, 15 və 17 yaşlı üç qız uşağı da var. Onların hamısı xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən zəruri tibbi yardım göstərilir”, - məlumatda deyilir.

Qriqorovun sözlərinə görə, digər yaralılar əsasən yaşlı insanlardır, onların hamısı tibbi yardım alır.


Geri dön