Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yaponiyada güclü zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Ana Sayfa > Karusel / Dünya > Yaponiyada güclü zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Yaponiyada güclü zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb


Bu gün, 08:29. Yazar: Admin

Yaponiyada güclü zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

“Kyodo” agentliyinin yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb.

Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib.

Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.

Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb.

Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər.


Geri dön