Ana Sayfa > Karusel / Dünya > Zelenski Uitkoff və Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib

Zelenski Uitkoff və Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib


21-04-2026, 08:27. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında yazıb.

O qeyd edib ki, bu səfər Ukrayna üçün deyil, daha çox ABŞ üçün vacibdir.

Zelenski əlavə edib ki, bu məsələni şişirtməyə ehtiyac yoxdur və bundan sensasiya yaratmaq doğru deyil.


Geri dön