Ana Sayfa > Karusel / Siyasət > “Avropa İttifaqına qəbulla bağlı qərar bundan sonra veriləcək” –PAŞİNYAN

“Avropa İttifaqına qəbulla bağlı qərar bundan sonra veriləcək” –PAŞİNYAN


Bu gün, 15:24. Yazar: Admin

Ermənistan Avropa İttifaqının standartlarına cavab verdikdən sonra Aİ-yə qəbulla bağlı siyasi qərara çevriləcək.

Qarabaginfo.az bildirir ki, bu barədə Baş nazir Paşinyan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu qərar Aİ-nin Ermənistanı qəbul etməyə hazır olub-olmamasından asılı olacaq: “Əgər standartlar cavab versə, Ermənistan Respublikası Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün müraciət edəcək. Əks təqdirdə, yuxarıda qeyd olunan islahatların həyata keçirilməsi Ermənistan Respublikası üçün strateji nailiyyət olacaq. Çünki biz Avropa standartlarına tam uyğun bir ölkəyə çevriləcəyik”.

Paşinyan bildirib ki, 2025-ci ildə Ermənistanın Avropa İttifaqına qəbul prosesinə başlamaq üçün qanun qəbul edilib. Ermənistanla Aİ arasında viza liberallaşdırılması dialoqu başlayıb və Ermənistana fəaliyyət planı təqdim edilib. Ermənistanla Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələr başlayıb. Elə həmin il Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyi imzalanıb.


Geri dön