Ana Sayfa > Karusel / Siyasət / Region > İran XİN sözçüsü zənginləşdirilmiş uranın ABŞ-a ötürülməsi iddialarını təkzib edib

İran XİN sözçüsü zənginləşdirilmiş uranın ABŞ-a ötürülməsi iddialarını təkzib edib


Bu gün, 12:41. Yazar: Admin

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai zənginləşdirilmiş uranın ABŞ-a ötürülməsi ilə bağlı iddiaları təkzib edib.

Qarabaginfo.az-ın məlumatına görə, Bəqai deyib ki, nə bu danışıqlar mərhələsində, nə də əvvəl zənginləşdirilmiş uranın ABŞ-a ötürülməsi müzakirə olunmayıb”.

XİN sözçüsü həmçinin İran parlamentində Hörmüz boğazının idarə olunması ilə bağlı qanun layihəsinə toxunaraq qeyd edib ki, ölkənin bütün hakimiyyət strukturları İran xalqının maraqlarını təmin edən üsul və mexanizmlər əsasında fəaliyyət göstərir.

Onun sözlərinə görə, qanunun bəzi hissələri Xarici İşlər Nazirliyi ilə koordinasiya çərçivəsində həyata keçiriləcək.


Geri dön